Məşhur model Emili Ratajkovski cəsarətli geyimi ilə hamilə olduğu şayiələrinə son qoyub.

Publika.az xarici mətbuatına istinadən xəbər verir ki, model baş rolda çəkildiyi “I Feel Pretty” filminin qala gecəsində iştirak edib. Qala gecəsi üçün “Michael Kors” brendindən göbəyi açıq paltar seçən 27 yaşlı Emili hamilə olduğu şayiələrinin puç olduğunu göstərib. Şübhəsiz ki, Emili paltarın kəsiyi ilə bütün diqqətləri cəlb edib.

Qeyd edək ki, seksual şəkilləri ilə tez-tez gündəmə gələn model fevral ayında prodüser Sebastyan Bear-Makklard ilə evlənib.