Bir ovuc badamın sağlamlıq baxımından bir çox faydası var.

Metbuat.az xəbər verir ki, tərkibində olan yağ asitləri, lif, antioksidantlar, maqnezium, kalsium kimi minerallarla zəngin olan badam tox tutur, ara yeməklərdə meyvə ilə yeyildikdə qan şəkərini tənzimləyir.

Çəkini nəzarətdə saxlamada və pis kolestrolu aşağı salmada badamın əhəmiyyətli təsiri var.

Mütəxəssislər gündə 25 qram, yəni təxminən 20 ədəd badam yeyilməsini məsləhət görür. Qidalanma və pəhriz mütəxəssisi Nur Ecem Baydı Ozman 5-6 ədəd badamın tərkibində təxminən 1 çay qaşığı zeytun yağına bərabər kalori olduğunu deyib. Gündə təxminən 20 ədəddən çox badam yeyilməməsini məsləhət görüb.

Mütəxəssis həm də çiy badamın yeyilməsini tövsiyyə edib. Çünki qovrulmuş badamın polifenol tərkibi və antioksidan xüsusiyyəti azalır.

Badamın tərkibindəki E vitamini dərini qoruyur. Bundan başqa badam ürək xəstəlikləri riskini azaldır.

http://matbuat.az/news/936331/instagram--in-en-var...