Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb

23:42 11 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 23:37 ]


Bakı-APA. Yuxarı Qarabağ kanalından cəsəd çıxarılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu il yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili suya düşüb.

 

Nazirliyin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. Onlar avtomobildə olan sərnişinin axtarışına başlayıblar. Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 6 km aralıda tapılaraq sudan çıxarılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR