Məşhur aktrisa artıq çəkiləri üzündən

Oskar mükafatı almış aktrisa Çarlize Theron gələn ay ekranlara girəcək olan "Tully" adlı filmdəki rolu üçün 20 kilo alıb.

Metbuat.az xəbər verir ki, daha sonra köhnə halına qayıdan aktrisa, roluna hazırlanarkən dəyişən qidalanma vərdişləri üzündən depressiyaya girdiyini söyləyib.

Aktrisa Tully filmində analıq böhranı yaşayan orta yaşlı bir qadın obrazını yaradıb.

“Entartainment Tonight”a danışan 43 yaşlı aktrisa ağır kalorili bir pəhriz saxlamağın güman edildiyi qədər asan olmadığını açıqlayaraq “İlk üç həftə həqiqətən əyləncəli idi. Özümü şirniyyat dükanındakı bir uşaq kimi hiss etdim. Daha sonra bu, mənə pis təsir etdi. Anidən həddindən çox yediyimi hiss etdim.”

Theron 20 kiloqramı 1 il yarıma atdığını və bu müddətin gözlədiyindən uzun olduğunu da əlavə etdi.

Theron arıqladıqdan sonra 2017-ci ilin iyul ayında baş rolunda oynadığı “Atomic Blonde” filminin qala gecəsində görülüb və arıqladığı üçün xoşbəxt olduğunu bildirib.




https://metbuat.az/news/937060/besiktasin-gelin-in...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR