Bu gün Topaz Premyer Liqada 24-cü tura start veriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
"Keşlə" öz meydanında "Zirə"ni qəbul edəcək. Qış fasiləsindən sonra keçirdiyi 9 oyunun heç birində qələbə qazana bilməyən Ayxan Abbasovun komandası 4-cü pillədəki mövqeyini qorumaq üçün səfər matçından xalla ayrılmalıdır.
Ölkə kubokunun finalına vəsiqə qazanan meydan sahibləri isə bu uğurun davamını çempionatda da gətirmək istəyəcək.
21 aprel (şənbə)
"Keşlə" - "Zirə"
Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov
"İnter Arena"
22 aprel (bazar)
"Səbail" - "Kəpəz"
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
"Bayıl Arena"
"Neftçi" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu
"Sumqayıt" - "Qarabağ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
"Kapitalbank Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 23 | 17 | 5 | 1 | 33-8 | 56 |
| 2 | Qəbələ | 23 | 12 | 6 | 5 | 37-23 | 42 |
| 3 | Sumqayıt | 23 | 11 | 6 | 6 | 31-25 | 39 |
| 4 | Zirə | 23 | 9 | 8 | 6 | 29-24 | 35 |
| 5 | Neftçi | 23 | 10 | 4 | 9 | 30-23 | 34 |
| 6 | Səbail | 23 | 5 | 4 | 14 | 15:32 | 19 |
| 7 | Keşlə | 23 | 4 | 6 | 13 | 20:36 | 18 |
| 8 | Kəpəz | 23 | 3 | 3 | 17 | 14:38 | 12 |
Bombardirlər:
Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 7 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Milli.Az