Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla bağlı Hindistan Nazirlər Kabinetinin ölkənin baş naziri Narendra Modinin rəhbərliyi altında keçirilən iclasında qərar qəbul olunub.

Hindistan prezidenti Ram Nath Kovində göndərilən sənəd qanuniləşməsi üçün 6 ay içərisində ölkə parlamentində qəbul edilməlidir.

Qeyd edək ki, Hindistan qanunlarına əsasən, yetkinlik yaşına çatmayan uşaqlarla cinsi əlaqəyə görə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilir.

Milli.Az