İki “VAZ” toqquşdu: 4 yaralı

İki “VAZ” toqquşdu: 4 yaralı
21:24 21 Aprel 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Ağsu rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsunun Navahı kəndi ərazisində qeydə alınıb. İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu rayonu Qaraməmədli kənd sakini 1988-ci il təvəllüdlü Abbasov Yalçın Kazım oğlu, həyat yoldaşı 1994-cü il təvəllüdlü Pəri Abbasova, sərnişini 2000-ci il təvəllüdlü Abbasov Tacir Azər oğlu və digər avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü Kərimov Mübariz Mikayıl oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR