Milli.Az bildirir ki, nişanı olan qız və oğlan özəl günlərini əbədiləşdirmək üçün elə nişanları olan gün şəhərin müxtəlif yerlərində şəkillər çəkdiriblər. Daha sonra evə dönən gənc qız oğlanın ona aldığı və ilk qızıl hədiyyəsi olan qolbağının qolunda olmadığını görüb.
Bundan sonra çütlük çəkildikləri fotoları incələyiblər. Fotolara baxdıqda məlum olub ki, qolbaq çəkiliş zamanı Nərimanov rayonunda qızın qolundan açılaraq yerə düşüb. Bu an da fotoda öz əksini tapıb.
Kənan Mehdiyev həmin qolbağın onlar üçün böyük mənəvi dəyər daşıdığını deyir. O, qolbağı tapan şəxsdən onu qaytarmasını xahiş edir.
Kənan Mehdiyevin sözlərinə görə, əgər kimsə o qolbağı qaytararsa, həmin şəxsə 100 manat məbləğində pul mükafatı verəcək. Faktla bağlı artıq polisə də məlumat verilib. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
