Məşhur modelin stili modapərəstlərin ilham mənbəyi oldu - FOTO

Məşhur modelin stili modapərəstlərin ilham mənbəyi oldu - FOTO
17:18 23 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın bir çox lüks markaları ilə işləyən model Cici Hadid küçə stili ilə də diqqətləri üzərinə toplamağı bacarır. Cici sadə şıqlığı ilə bir çox modapərəstin ilham mənbəyidir. Şübhə etmirik ki, Cicini qarşıda daha böyük nailiyyətlıər gözləyir.

Hadid adətən mokasin ayaqqabılara üstünlük versə də, incəliyini heç vaxt ititmir. O, aksessuarlar mövzusunda da olduqca uğurlu nümunələr seçir. Məsələn, bu ilin trendi sayılan kiçik çərçivəli eynəklər onun sayəsində məhurlaşıb.

Boho elementlərinə və torpaq tonlarına üstünlük verməsi Hadidi digərlərindən fərqləndirən əsas nüanslardır. Moda dünyasının sonuncu böyük kəşflərindən olan Cici Hadidin diqqətçəkən stillərini toplamışıq.

Publika.az modapərəst oxucuları Cici Hadinin küçə stili və dəb sirləri ilə tanış edib.

Parlaq rənglər

Cicinin gündəlik qarderobunu cins şalvarlar, toplar və rahat köynəklər təşkil edir. Əsasən açıq və pastel tonların pərəstişkarı olan model parlaq rənglərdən qorxmur.

Baharda gündüzlər hava isti olur, gecələrsə üşüyürük. Bununla belə Cici Hadid imkan vermir ki, soyuq onun üslubunu və əhvalını korlasın. O, obrazını rövqləndirən çəhrayı kimi parlaq rənglərdə üst geyimləri seçərək soyuğun təsirini azaldır.

Qarderobda dəniz əhval-ruhiyyəsi

Cici Hadid yay aylarında qarderobunu dənizin, günəşin gözlənilməz rəngləri və göy qurşağının çalarları ilə doldurur. O, açıq tonları bir-biri ilə məharətlə birləşdirir. Əgər obrazın daha effektli alınmasını istəyirsinizsə, mavi kimi açıq toları kontrast qırmızı birləşdirin.

Qara məhəbbəti

Джиджи Хадид (Gigi Hadid)

Moda aləminin tanınmış simaları qara paltarlara sərmayə yatırmağı sevir. Cici də istisna deyil. Əmin olun ki, başdan ayağa qaraya bürünsəniz, diqqətdən kənar qalmayacaqsınız. Çünki qara dərinliyi, cəsarəti, gücü və zərifliyi ifadə edir. Universal qara rəngi ilin istənilən vaxtında və istənilən yerə geyinmək olar.

Bəyaz məsumluğu

Джиджи Хадид (Gigi Hadid)

Ağ rəng qızılı aksessuar əlavələrinin sayəsində xüsusilə dəbdəbəli görünür. Hətta günəşin isti şüaları xəsislik edirsə, təslim olmayın, ağ soyuq havada da əla görünür. Baharda ağ rəngi necə kombinləmək haqqında düşünürsünüzsə, Cicinin dəstlərindən ilhamlanın.

Nazik trikotaj

Джиджи Хадид (Gigi Hadid)

Yazda uzun trikotaj sviterləri paltar kimi istifadə edilir. Uzunboğaz çəkmələr obrazın ən yaxşı tamamlayıcısı ola bilər. Aksesuar seçimi sizindir, minimalizmi qoruya, yaxud da rəngli dəri klatçlarla obrazı zənginləşdirə bilərsiniz.

Yüngül yay donları

Джиджи Хадид (Gigi Hadid)

İmperatorların dövründə keyfiyyətli parçalar qızılla bərabər tutulurdu. Yüngül parçalar isti havalarda dərinin rahat nəfəs almasına imkan verir. Məsələn, Cinin seçdiyi bu köynək-paltar həm gündüz, həm də axşam üçün ideal variantdır. Onu axşamlar dikdaban və kiçik çanta ilə, gündüzlər isə baletka və böyük çanta ilə uzlaşdırmaq olar.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/238557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR