“Sözlərimi başqa cür qələmə verən və adımdan başqasının zəhmətini alçaldan, eyni zamanda guya kiməsə atmaca atdığımı deyənlər cavab versin”.

Publika.az xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan sosial şəbəkədə yazıb. “Xəzər maqazin”ə verdiyi açıqlamanın Aygün Kazımovaya atmaca kimi yozulmasından əsəbiləşdiyini gizlətməyib:

“Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam”.

Xatırladaq ki, Xalq artisti Aygün Kazımova sonuncu müsahibəsində “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” demişdi.

Röyanın isə “Xəzər maqazin”ə verdiyi açıqlamasında “Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm” söyləməsi küsülü olduğu Xalq artistinə atmaca olduğu iddia edilmişdi.

Bundan başqa, mayın 5-də konsert verməyə hazırlaşan Röya sözlərinə əlavə etmişdi ki, konsertdə nə göydən sallanacaq, nə də şpaqat açacaq.

Qeyd edək ki, A.Kazımova sentyabrda verdiyi konsertdə göydən sallanaraq mahnı oxumuşdu.