Məlum olduğu kimi, prezident İlham Əliyevin yeni hökumətin formalaşması üçün sərəncamlar imzalayıb. Bu sərəncamlarda xüsusilə cavan siyasətçilərin təyinatı diqqət çəkir.

Prezident İlham Əliyevin sərəncamları ilə yeni nazirlər, komitə sədrləri və xidmət rəisi təyin olunub.

Yeni hökumətdə daha çox cavan siyasətçilərə yer verilməsilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, prezident İlham Əliyev Azərbaycanda insan kapitalının formalaşması və inkişafı yönündə çox uğurlu və önəmli addımlar atır:

“Gənclərin xaricdə təhsil alması üçün Dövlət Proqramı tərtib olunub, eləcə də gənclərin məşğulluğunun təmin olunması ilə bağlı addımlar atılıb. Cənab prezident gənclərə maddi və mənəvi dəstəklə yanaşı, siyasi dəstək də göstərir. Bunun da bariz nümunəsi gənclərin bu gün çox yüksək pillələrdə nazir, komitə sədri və s. vəzifələrə təyin olunmasıdır. Hökumətin tərkibində gənclərin yer alması bir daha onu göstərir ki, prezident İlham Əliyevin gənclərə böyük inamı, etimadı var. Bu da onların hökumətin tərkibinin formalaşmasında iştirakını təmin edir. Bu, əlbəttə birbaşa gənclərə olan diqqətin, qayğının və eyni zamanda gəncliyə olan inamın bariz nümunəsidir”.

Günay Elşadqızı / METBUAT.AZ