Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.

Milli.Az