Türkiyə Superliqasında 31-ci tur çərçivəsində İstanbul derbisi baş tutub.
Publika.az xəbər verir ki, turun mərkəzi görüşündə lider “Qalatasaray” ən yaxın izləyicisi “Beşiktaş”ı qəbul edib. 2 cavabsız qolla qələbə qazanan "cim-bom" çempionluq yolunda daha bir önəmli addım atıb. "Beşiktaş" isə bu məğlubiyyətlə turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb.