Amerikalı aktrisa Bella Thorne ara-sıra etdiyi çılğın saç rəngləri və cəsur paylaşımları ilə gündəmə gəlir.
Metbuat.az xəbər verir ki, 20 yaşındakı gözəl aktrisa yenə “İnstagram”dakı 17 milyon izləyicisi üçün cəsur fotolar paylaşıb.
“Filthy Fangs” adlı markası üçün obyektiv qarşısına keçən aktrisa açıq-saçıq pozalar verib. Aktrisanın bu pozaları qısa müddət içərisində yüz minlərlə insan tərəfindən bəyənilib.
Bella Thorne son olaraq Arnold Şvayzenegerin oğlu Patrik Şvayzeneger ilə birlikdə “Midnight Sun” filmində rol almışdı.





