Milyarder və “Legatum Institute” tədqiqat mərkəzinin banısı Kristofer Çandler Rusiya kəşfiyyatı ilə bağlı ola bilər.

Publika.az “Tayms” nəşrinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniya parlamentinin deputatı, Mühafizəkar Partiyasının nümayəndəsi Bob Sili bildirib.

Silinin sözlərinə görə, sənədləri ona Monako polisi və Fransanın əks-kəşfiyyatı verib.

“Bu sənədlər 2005-ci il tarixi qoyulub və 1990-cı illərin ortalarından başlayan dövrü əhatə edirlər. Sənədlər Kristofer Çandler və onun qardaşına aiddir”, - deputat deyib.

Xüsusi halda, sənədlərdə qeyd edilir ki, Fransanın xüsusi xidmət orqanları 2002-ci ildən milyarderin fəaliyyətiylə maraqlanırdı, çünki o, Rusiya kəşfiyyatına işləməkdə şübhəli hesab olunurdu. Deputat vurğulayıb ki, sənədlərdə olan məlumatları artıq Fransa kəşfiyyatında olan mənbələri, həmçinin onların Böyük Britaniya və amerikali həmkarları da təsdiq ediblər.

1990-cı illərdə Çandler Rusiya şirkətlərinin səhmlərini alır və satırdı. Xüsusi halda, “Deutsche Welle” qeyd edir ki, sözhbət “Qazprom”un aksiyalarından gedir. 2000-ci ilin başlanğıcında milyarder və qardaşı tərəfindən əsası qoyulmuş “Sovereign Asset Management” şirkəti “Qazprom”un səhmlərinin təxminən 5 faizinə sahib idi və Rusiya şirkətinin üçüncü böyük səhmdarına çevrilmişdi.

Qeyd edək ki, “Legatum Institute” Britaniyanın Avropa İttifaqından çıxışını dəstəkləyirdi. Xüsusi halda, təşkilatın mütəxəssisləri “Breksit”in ən sərt ssenarisi üzrə təkliflərin hazırlanmasında iştirak edir və nazirlərlə görüşürdülər.

Xatırladaq ki, Britaniyanın Avropa İttifaqından çıxışı haqqında referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edənlərin əksəriyyəti qurumdan çıxmağa səs veriblər.

Ömər Dağlı