72 yaşındakı ixtiraçı

Konyada 72 yaşlı ixtiraçı Cafer Baran texnologiyaya olan marağı ilə 3. 5 il əvvəl başladığı işin nəticəsində soyuq qış günlərində istifadə edilə biləcək isidici çəkmə ixtira edib.

Metbuat.az xəbər verir ki, bu çəkməni geydikdə ayaqları 4 ilə 8 saat arasında isti saxlayır. Həmçinin bu çəkmə insanların rahat yeriməsinə və qaçmasına heç bir maneə törətmir. Çəkmə bilək hissəsində yerləşdirilmiş şarj edilə biləcək batereya ilə işləyir.

Yaşlı ixtiraçının bu kəşfi Türkiyədə və xarici ölkələrdə buna bənzər məhsullara görə isidici və batereyanın yerləşdişdiyi yerlə, çalışma müddəti ilə digərlərindən öndədir.

Cafer Baran “AA” müxbirinə açıqlamasında uzun illər Ankarada qadın bərbərliyi etdiyini deyib. Pensiyaya çıxdıqdan sonra özünü elm və texnologiyaya həsr edib. Bu işində onun ən böyük dəstəkçisi isə xərçəng xəstəsi olan həyat yoldaşı olub.

http://matbuat.az/news/943865/vehsi-heyvan-parkind...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR