Məşhur müğənni Tarkanın Avropa turnesi keçdiyimiz günlərdə sona çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin konsertdən əldə etdiyi gəlirin miqdarı 6 milyon lirə (təxminən 3 milyon manat) olub.

Meqastar Avropa turnesinə 29 apreldə Almaniya konserti ilə son qoyub. O, elə evliliyinin ildönümünü də səhnədə qeyd edib.

Qeyd edək ki, keçən il aprelin 29-da ailə quran Tarkan ata olmağa hazırlaşır.

Milli.Az