Sarımsaq və bal qarışımı bir çox xəstəliklərin qarşısını alır.

Metbuat.az xəbər verir ki, soyuqdəymədən yüksək təzyiqə, asma, halsızlıq, yorğunluq, hətta xərçəngə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

Bununla yanaşı pis xolestrolu salmağa, immunitet sistemini gücləndirməyə kömək edir.

Bu qarışımı hazırlamaq üçün 3 diş sarımsağı soyub əzdikdən sonra 4 limonu doğrayın. Daha sonra 200 qram kətan toxumu yağını və 10 yemək qaşığı balı əlavə edin. Bütün qidaları taxta qaşıqla yaxşıca qarışdırın. Qarışımı şüşə bankada soyuducuya qoyaraq mühavizə edə bilərsiniz. Qarışımı gündə 3 dəfə yeməkdən əvvəl yeyin.

Bir çoxlarının ilk dəfə eşitdiyi bal sirkəsi digərləri ilə müqayisədə daha faydalı və şəfalıdır. Bal sirkəsi bədəni təmizləyir, beyin, sinir və həzm sisteminə yaxşı təsir göstərir .

Sarımsaq isə ürək- damar xəstəliklərini qoruyur, təzyiqi tənzimləyir. Soyuqdəymə və bir çox xəstəliklər üçün faydalıdır.

Qarışımı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək mütləqdir.

https://metbuat.az/news/944484/estetik-emeliyyatla...