“Ermənistanda inqilab Dağlıq Qarabağın Azərbaycana
qaytarılmasına hazırlıqdır”.
Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı
jurnalist-ekspert Roman Jilin çıxış edib.
Jilin hesab edir ki, İrəvandakı proseslərin nəticəsində Ermənistan
Qarabağı qaytarmağa məcbur ola bilər.
“Faktiki olaraq, Paşinyan istənilən vaxt özünü xalqın baş naziri
elan edə, parlamenti buraxa bilər. Bu, Ermənistanda rəsmi
hakimiyyətin beynəlxalq səviyyədə tanınmaması və İrəvanla əvvəlki
öhdəliklərin yerinə yetirilməməsi ilə nəticələnəcək. İstisna deyil
ki, Ermənistanda “rəngli inqilab”ın əsas məqsədi Dağlıq Qarabağın
Azərbaycana qaytarılmasıdır. Bu, ABŞ-ın planıdır: Ermənistanda
siyasi xaosla Qafqaz yenidən format edilir, Dağlıq Qarabağ
Azərbaycana qaytarılır, Xəzər karbohidrogen ehtiyatlarının tranziti
üzərində nəzarət əldə edir”, - deyə o bildirib.
Asif