Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son oyununda çempionluğunu rəsmiləşdirən “Qarabağ” doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Rəhman Hacıyev vurub. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran flaqman 4-cü pilləyə yüksəlib.
Turun ilk 3 qarşılaşmasında "Kəpəz" "Sumqayıt"la, "Qəbələ" "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Səbail" isə evdə "Zirə"yə uduzub - 0:1.
Azərbaycan Premyer Liqası, XXVI tur
6 may
19:00. "Qarabağ” – "Neftçi” - 0:1
Qol: Rəhman Hacıyev, 37
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
"Azersun Arena”.