ARB-nin "Səhər-səhər" verilişində müğənni Mənzurə Musayeva və Aysel Əlizadə qonaq olub.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, Elgiz Əkbərin Mənzurəyə ünvanladığı "Aysellə sənin fərqin nədir?" sualı onun xoşuna gəlməyib. Müğənni "Yenə başladın? İndi durub verilişdən gedəcəm",- deyə ona xəbərdarlıq edib".

Egiz Əkbər Mənzurəni yaşlı həmkarı ilə müqayisə edib:

"İşlədiyim redaksiyada 76 yaşlı bir qadın vardı. Bir şey olmamış deyirdi ki, çıxıb gedəcəm. Müdir də cavabında "Qapı açıqdır" deyirdi...".

M.Musayevanın pərt olduğunu görən Aysel aparıcıya səslənib: "Fərqi qoy tamaşaçılar baxıb desin, niyə onu incidirsən?"

Həmin anın videosunu sizə təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elgiz Mənzurəni pərt etdi, müğənni xəbərdarlıq etdi - VİDEOElgiz Mənzurəni pərt etdi, müğənni xəbərdarlıq etdi