Beynəlxalq ictimaiyyətin susqunluğu İsraili Suriyaya hücum etməyə cəsarətləndirir.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qasemi İran dövlət televiziyasında çıxışı zamanı söyləyib. O bildirib ki, Suriya özünü müdafiə etməlidir.

"İran İsrailin Suriyaya hücumunu kəskin şəkildə qınayır. Beynəlxalq ictimaiyyətin susqunluğu İsraili Suriyaya hücum etməyə cəsarətləndirir. Suriyanın özünü müdafiə etmək hüququ var".

Bəxtiyar Umarlı
Milli.Az