Müğənni Sinan Akçıl ötən gün Karaköy istiqamətində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həmin ərazidə konsert verən ifaçı jurnalistlərin suallarını cavablandırıb.

Bir müddətdir rumıniyalı müğənni Otilia Bruma ilə birlikdə olan Sinan ayrıldıqlarını bildirib.

"Artıq sevgilim yoxdur. Başım işlərimə qarışıqdır" deyən Akçıla "Alişan da, Tarkan da evləndi, bəs, siz nə düşünüürsüz" sualına "İnşallah, mən də o günləri görərəm" cavabını verib.

Milli.Az