Oruc tutarkən acmamaq üçün

Türkiyədə fizioterapiya mütəxəssisi Dr. Ümit Aktaş Ramazan ayında düzgün qidalanma ilə bağlı məsləhətlər verib.

Metbuat.az xəbər verir ki, Aktaş oruc tutanların göstərişli iftar süfrələrindən yayınmalı olduğunu bildirib. Karbonhidratlı qidalar qan şəkərini sürətlə yüksəltdiyinə görə gün içində insanların daha çox acmasına səbəb olur. Buna görə bu qidaları üstünlük verməməyi, sahurda və iftarda xəmir yeməkləri və çörəkdən uzaq durmağı məsləhət görüb.

Həkim Aktaş sahurda bol proteinli qidalaryeməyi məsləhət görüb. Kərə yağı və yumurtanın sahur süfrəsində yaxşı bir seçim olduğunu deyib.

Bu ayda şəkər qəbuluna da diqqət etmək lazımdır. Karbonhidrat, gluten tərkibli qidalar və şəkərdən uzaq durmaq vacibdir.

Orucu bir xurma və bir neçə dənə zeytunla açmaq olar. İlk mərhələdə bir qab şorbanı xiyarla birlikdə yemək məsləhətlidir. Qan şəkərinin anidən yüksəlməməsi və ürək, damar problemləri yaşamamaq üçün şorbadan sonra mütləq 20 dəqiqə ara verib, digər yeməklərə keçmək olar.

Bundan başqa süfrədə ət və tərəvəz yeməkləri də istifadə edilə bilər. İftarda ağır yeməklərin yeyilməməsinə diqqət etmək lazımdır. Ağır yeməklər yeyildikdə qan şəkərinin tarazlığı pozulur və bu da ciddi problemlərə səbəb ola bilər.

Yayda oruc tutmaq insanın daha çox susamasına səbəb olur. Həkim Aktaş iftarı açdıqdan sonra suya bir anda yüklənməməyi məsləhət görüb. Amma iftardan sahura qədər hər yarım saatda bir olmaqla su içərək tarazlığı qorumaq mümkündür.

https://metbuat.az/news/951400/oruc-tuta-bilmirem-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR