Qarabağda MÜHARİBƏ ANONSU, bütöv AZƏRBAYCAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
141 baxış·5 dəq oxu
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunda Ermənistanın
yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər. İrəvan meri Taron
Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər
administrasiyasının binasına zorla giriblər. Türkiyə və İsrail
arasında diplomatik böhran davam edir. Səudiyyə Ərəbistanı, İsrail
və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə
bilər. Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla
ödənişi avro ilə əvəz etmək niyyətindədir.
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov -
Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) iyunda
Ermənistanın yeni baş naziri Nikol Paşinyanla
görüşəcəklər. Bu barədə həmsədrlərin bəyanatında
deyilir.
Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 15-də Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
“Azərbaycan gözləyir, əgər Ermənistanın müdafiə
sistemində boşluq olacaqsa, onda təhlükə arta bilər”.
Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.
Onun sözlərinə görə, təmas xəttində gərginliyin olması təhlükəsi
həmişə var.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir
Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı
məlumat yayıb. Jirinovski bununla bağlı öz Tvitter
səhifəsində xəritə yerləşdirib. O, bu xəritənin 20 il öncə
hazırladığını deyib.
Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks
olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra
Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və
Böyük Türkmənistan yaranır.
Jirinovski, həmçinin, Türkiyənin bəzi ərazilərinin Ermənistana
veriləcəyini xəritəsində əks etdirib.
ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana
Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik məktubu
göndərib. Tramp məktubda ticarət əlaqələri,
demokratik institutlar və regional təhlükəsizliyin
möhkəmləndirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran
çoxsaylı sferalarda birgə işi səbirsizliklə gözlədiyini
bildirib.
Məktubda həmçinin qeyd edilir ki, korrupsiya ilə mübarizə, bütün
siyasi partiyaların ölkə həyatında rolunun gücləndirilməsi və
Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-Ermənistan əlaqələrinin
inkişafını sürətləndirəcək.
İrəvan meri Taron Marqaryanın istefasını tələb edən
nümayişçilər şəhər administrasiyasının binasına zorla
giriblər.
İrəvanda nümayişçilər yolu bağladı: meriya binası mühasirəyə alındı - VİDEO/FOTOLAR (YENİLƏNDİ)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə
görüşəcək. “Anadolu” agentliyinin məlumatına görə,
keçmiş dövlət katibi Reks Tillersonun istefaya göndərilməsindən
sonra dayandırılan ABŞ-Türkiyə danışıqları davam etdiriləcək.
Görüşdə Suriya və Yaxın Şərqdəki proseslər, ikitərəfli əlaqələr,
PKK və FETÖ terror təşkilatları ilə mübarizə kimi mövzuların
müzakirə olunacağı gözlənilir.
Türkiyə və İsrail arasında diplomatik böhran davam
edir. Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin
İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə
dönməsini istəyib.
İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının
idxalatını dayandırıb. Bu haqda İsrailin kənd
təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədəki səhifəsindən
bildirib.
“Türkiyəyə dəstək olmayacağıq”, - nazir yazıb.
İsrail parlamenti qondarma “erməni soyqırımı”nın
tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa
hazırlaşır. “The Jerusalem Post”un yaydığı xəbərə
görə, “Sionist Birlik”dən olan deputat İtzik Şmuli və Likud
deputatı Amir Ohana qondarma “erməni soyqırımı” ilə bağlı qanun
layihəsini Knessetə (İsrail parlamenti) təqdim edəcəklərini
bildiriblər.
ABŞ-dan sonra Qvatemala da İsraildəki səfirliyinin
Təl-Əvivdən Qüdsə köçürüb. Səfirliyin açılışı bu gün
olub. Açılışda Qvatemala prezidenti Cimmi Morales və İsrailin baş
naziri Benyamin Netanyahu iştirak edib.
Fələstin dörd Avropa ölkəsi – Rumınıya, Çexiya,
Macarıstan və Avstriyadakı səfirlərini geri çağırıb.
Bu haqda Fələstinin Xarici İşlər Nazirliyinin bəyanatında
deyilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə
səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta"
Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb. Görüşdən
sonra yəhudilər jurnalistlərə açıqlama verib.
Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə
yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və
anlamalıdırlar” deyib.
“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir.
Sionistlərə yardımçı olmaq yəhudi xalqının maraqlarına uyğun deyil.
Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidenti
kimi edəcəksiniz. Səfirliyinizi geri çağırın. Ortaya çıxın və səsli
bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu deyin. İşğalçılara
qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq biz
İsrail dövlətinin sülh çərçivəsində dağıdılmasını istəyirik. İki
dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin
xalqının geri dönməsini istəyirik. Orada yəhudilər ilə müsəlmanlar
sülh içində yaşaya bilər”, - deyə bildirib.
Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim
dəyişikliyinə gizli şəkildə dəstək verə bilər. Bunu
“Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat
idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer
deyib.
“Böyük problem raketlərə sahib olan İran deyil. Problem Xomeyni
ideyalarına sadiq olan islam ölkəsinin İsraili yox etmə hədəfi və
kütləvi qırğın silahlarına sahib olmasıdır. Biz İran nüvə
silahlarıyla qarşı-qarşıya qala bilərik. Savaş başlasa, İran bütün
raketlərini Təl-Əviv və Hayfaya atacaq. Tehran Hizbullahın gündəlik
300-400 raket atmasına imkan yaradacaq gücə sahibdir. İranın
İsrailə qarşı çox çətin bir cəbhə yaratma potensialı var. Əgər
genişmiqyaslı savaş olsa, biz bütün silahlarımızı sürətli şəkildə
istifadə edə bilmərik. Ən önəmli olan İsrailin İranın raket
hücumunun hədəfi olacağı halda Təl-Əvivin hansı bölgələrini hədəf
alacağını Tehranın açıq şəkildə deməsidir”, – deyə o bildirib.
Avropa İttifaqı İrandan idxal edilən neftə görə
dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir.
Bu haqda “RİA-Novosti” agentliyinə Brüsseldəki diplomatik mənbə
bildirib.
Avropa İttifaqı İranla ticarətdə avroya keçir
Donbasda ukraynalılar arasında etnik və vətəndaş
qarşıdurması yoxdur, münaqişə Rusiyanın birbaşa müdaxiləsinin
nəticəsidir. Bunu Slavyanskda keçirilən brifinqdə ABŞ
Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker
bildirib.
Onun sözlərinə görə, Ukraynanın şərqinin azad olması üçün Rusiya
qoşunlarının oradan çıxarılması lazımdır
ABŞ Donbas münaqişəsinin həlli yolunu göstərdi
Pxenyanın dünən Vaşinqtonu ABŞ-Koreya Xalq
Demokratik Respublikası sammitini ləğv etməklə hədələməsi gündəmdə
şok effekti yaratdı. Sammitdən imtinaya səbəb kimi Seul və
Vaşinqtonun birgə hərbi təlimləri göstərilir.
“Russia Today” telekanlının saytına açıqlama verən Lomonosov
adına Moskva Dövlət Universitetinin Ruzvelt adına ABŞ-ın
öyrənilməsi Fondunun direktoru Yuri Roqulyovun fikrincə, Birləşmiş
Ştatlar güc mövqeyindən danışmağa üstünlük verir.
“Pxenyan Trampın şərtlərini yerinə yetirmək istəmir” - ŞƏRH