Hər gün ac qarnına yeyilən yaşıl almanın

Almanın sağlamlıq baxımından faydaları danılmazdır. Xüsusilə yaşıl alma proteinlər, vitaminlər, minerallar və lif baxımından digər alma növlərinə görə çox zəngindir.

Metbuat.az xəbər verir ki, hər gün səhərlər ac qarnına yeyilən bir yaşıl almanın bir çox faydası var. Yalnız 80 kalori olan bir ədəd yaşıl almanın tərkibində bol miqdarda karbonhidrat və amino asit olmasına görə enerji verən bir meyvə kimi sevilir. Sağlam şəkildə çəki atmaq üçün hər gün ac qarnına yaşıl alma yeyərək həm tox, həm də enerjili qalmaq mümkündür.

Səhərlər ac qarnına yeyilən yaşıl alma bədənin ehtiyac duyduğu şəkər miqdarını azaldır və bədəni şəkər xəstəliyinə qarşı qoruyur.

Bədəndə kifayət qədər potasium olmadıqda ürək döyüntüləri pozulur. Bol miqdarda potasiuma sahib olan yaşıl alma ac qarnına yeyildikdə ürək döyüntülərini tənzimləyir.

Tərkibində bol miqdarda lif olan yaşıl alma hər səhər ac qarnına yeyildikdə xronik qəbizlik probleminə müalicə edici təsir edir.

Səhərləri ac qarnına yeyilən yaşıl almanın faydalarından biri də dişlərdə bakteriyaların yaranmasının qarşısını almasıdır.

Bundan başqa yaşıl alma sağlam və parlaq bir dəriyə sahib olmağa kömək edir.

https://metbuat.az/news/952770/qurani-kerimde-adi-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR