Kembric hersoginyası Keyt Middltonun eltisinin toyunda geyindiyi paltar müzakirə mövzusu olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, K.Middlton 3-cü dəfə ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. O, bir neçə saat əvvəl, bütün dünyanın maraqla izlədiyi Şahzadə Harri və Meqan Marklın toyuna 3 il əvvəl qızını xaç edərkən geyindiyi paltarda gəlib.

Keyt Middltonla Şahzadə Uilyamsın oğlu Corc və qızı Şarlotta isə bayram geyimlərində günün sevimli qəhrəmanları olub.
Aytən