Pis sözlər danışmaq və ya eşitmək dəstəmazı batil etmir. Amma pis sözlər danışmaq özü bir günahdır. Ona görə də bilərəkdən pis sözlər danışmaqdan çəkinmək lazımdır.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148). İbn Abbas (Allah ondan razı olsun) buyurub ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (əs-Sabuni "Safvatut-Təfəsir", 1/314).

Milli.Az