Azərbaycan Premyer Liqasının son oyunu olan "Qəbələ" - "Qarabağ" matçında gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, 47-ci dəqiqədə Rəşad Sadıqov və onun komanda yoldaşı Kintanaya dirsəyi ilə vuran Cavid Hüseynov arasında gərginlik olub.
Hər iki komandanın oyunçuları tərəfləri sakitləşdirməyə çalışıblar.
Bundan sonra isə oyunun baş hakimi Cavid Hüseynova qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.
Qeyd edək ki, hər iki oyunçu öz komandasının kapitanıdır.
Xatırladaq ki, matç 0:1 hesabı ilə "Qarabağ"ın xeyrinə bitib. 22-ci dəqiqədə Dani Kintana 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Həmin anın görüntülərini təqdim edirik:
Adil Nəcəfov
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

