Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan növbəti bəyanat verib. Fələstin İsraildən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət ünvanlayıb. ABŞ Pxenyanı Liviya ssenarisini təkrarlamaqla hədələyib. Ukraynanın Donbas bölgəsində vəziyyət kəskin pisləşib.

Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakında təkid edir: “İndi reallıqlar dəyişib və Qarabağ danışıq prosesində yer almalıdır”.

T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını qeyd edib.

“Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Hansı ki, Bakı 20 ildən artıq davam edən danışıqlar prosesində buna qarşı çıxıb. Ekspertlər isə İrəvanın mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirlər.

Mayın 9-da İsrailin Suriyada İrana aid hərbi obyektləri vurmasına, 23 Suriya və İran əsgərinin ölümünə səssiz qalan Rusiyadan əks həmlə gəldi. İsrailin kəşfiyyat təşkilatı MOSSAD-a yaxınlığı ilə tanınan DEBKA saytının iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin mayın 16-da Soçidə Baş qərargahın rəhbərliyinə verdiyi iki əhəmiyyətli təlimat həyata keçirilməyə başlanılıb.

Rusiyanı iflic edəcək PLAN, Qarabağda MÜHARİBƏ ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İsrailin müdafiə xətti... - Putinin mayın 16-da verdiyi təlimatın ŞOK DETALLARI