Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.
Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının
monitorinq qrupu tərəfindən aparılır.
Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük
Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları
iştirak edirlər.
Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.
Təlim mayın 25-dək davam edəcək.