20 yaşadək futbolçulardan ibarət mlli komandamız bu gün növbəti yoxlama matçını keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamız Makedoniyanın U-21 komandası ilə qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, komandalar mayın 27-də eyni stadionda yenidən üz-üzə gələcək.

Xatırladaq ki, ötən həftə gürcüstanlı həmyaşıdları ilə yoxlama oyununda üz-üzə gələn U-20 yığmamız 1:2 hesabı ilə uduzub.

24 may

Yoldaşlıq oyunu

19:00. Azərbaycan (U-20) - Makedoniya (U-21)
"Dalğa Arena"

Milli.Az