"Qarabağ"ın yarımmüdafiəçisi Vild-Donald Gerye klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Haiti millisinin üzvü instaqram səhifəsi vasitəsilə Azərbaycanda qalacağını vurğulayıb.

İtaliya mətbuatı dünən Geryenin karyerasını A seriyasında davam etdirməyə çox yaxın olduğunu və menecerinin ordakı klublardan biri ilə danışıq apardığını dərc etmişdi.

Lakin 29 yaşlı cinal oyunçusu "Qarabağ"la olan müqaviləsinə sadiq qalacağını bildirib: "İtaliya klubunda oynamaq üçün "Qarabağ"ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim "Qarabağ"la daha birillik müqaviləm var".

Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a ötən yayda "Alanyaspor"dan keçib.

Milli.Az