O, İranın danışıqları yekun razılaşmayadək davam etdirəcəyini də vurğulayıb.
"Biz nüvə proqramı üzrə beynəlxalq öhdəliklərimizi yerinə yetirəcəyik və nüvə anlaşmasına nail olmağa çalışacağıq", - H.Ruhani bildirib.
Xatırladaq ki, bu il aprelin 2-də Lozannada ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin və İran xarici işlər nazirləri gələcək müqavilə ilə bağlı ilkin siyasi çərçivə razılaşması əldə ediblər. Yekun sənədin bu il iyunun 30-da imzalanacağı gözlənilir.
Tərəflər aprelin 22-də Vyanada diplomatlar və mütəxəssislər səviyyəsində danışıqları davam etdirəcək.