İsrail aviasiyası fələstinlilərin Rəfah şəhərində və Qəzza zolağındakı hərbi mövqelərinə zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə HƏMAS-ın hərbi qolu olan "Kassam" silahlı birləşmənin bəyanatında bildirilir.

"İsrail təyyarələri Qəzza zolağının cənubundakı Eyn Calut mövqelərinə zərbə endirib", - deyə məlumatda bildirilir.

Həmçinin Rəfah şəhərinin qərbindəki "Əl Həşaşin" mövqeləri bombalanıb.

Milli.Az