"Milan"ın sabiq hücumçusu, hazırda Liberiya prezidenti Corc Veanın oğlu Timoti Vea ABŞ millisində qol vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, PSJ-nin hücumçusu Boliviya ilə yoxlama matçında (3:0) fərqlənib. O, millidəki ikinci matçında ilk qolunu vurmağı bacarıb.
Beləliklə, o, ABŞ yığmasının tarixinində fərqlənən ən gənc oyunçulardan biri olub.
Milli.Az