Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş ola bilər.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqds Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, belə görüş ola bilər. Onun modallığı və vaxtı diplomatik kanallar üzrə uyğunlaşdırılacaq”, - o deyib.

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Kim Çen In arasında Pxenyanda görüş keçirilib.

Ömər