Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib.

Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub.

5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib.

Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.

Emin
Milli.Az