Bakı Metropoliteninin "Bənövşəyi xətt" üzrə şərti adı "B3" olan stansiyasında tikinti işləri sürətləndirilib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Bakı Metopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

Sədr müavini bildirib ki, artıq stansiyada son model avadanlıqların quraşdırılmasına başlanılıb:

"Stansiyada yeni nəsil avadanlıqlardan istifadə olunur. Bu gedişlə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır".

DİQQƏT: Geomaqnit qasırğası olacaq - Oxumaq üçün tıkla