Xatun efirdə Zauru tənqid edib.
Metbuat.az xəbər verir ki, Xəzər TV-nin 5\5 efirinin qonağı Xatun Əliyeva olub. Zaur veriliş başlayar-başlamaz müğənniyə fotosunu göstərdiyi həmkarlarını parodiya etməyə məcbur edib. Müğənninin parodiya etdiyi həmkarlarının arasında Zöhrə Abdullayevanın da fotosu var idi. Müğənni yasda olduğu üçün həmkarını parodiya etməyib və üzünü tamaşaçılara tutaraq aparıcıya iradını bildirib.
“ Yox onu etmirəm, o yasdadı, oğlu rəhmətə gedib. Ay başına dönüm, nə yas bilirlər, nə şər bilirlər, nə xeyir bilirlər" dedikdə aparıcı müğənninin qolundan tutub digər fotonu göstərərək diqqəti yayındırmağa çalışıb.
Verilişdən sözügedən videonu təqdim edirik:
| Hamı Afaq Aslanın bu fotosundan danışır - FOTO - Oxumaq üçün tıkla |