ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Sinqapurda bir araya gəlib.
Metbuat.az-ın məlumatına görə, dövlət başçıları bir-birlərinin əllərini sıxaraq salamlaşıblar.
Ardınca isə onlar təkbətək görüşə yollanıblar. Təkbətək görüş 35 dəqiqə davam edib.
Görüşün yekunlarına dair açıqlama verən ABŞ prezidenti, Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətləri olduğunu deyib.
O görüşün yaxşı keçdiyini bildirib.
Daha sonra Donald Tramp və Kim Çen In arasında geniş tərkibli görüş keçirilib. Toplantı zamanı Vaşinqton və Pxenyan arasında münasibətlərin formalaşması, Koreya yarımadasında daimi sülhün bərqərar edilməsi və nüvəsizləşdirmə prosesinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.
Sübhan / METBUAT.az