“Xəzərin Bakı bulvarı hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.
Publika.az-ın məlumatına görə, bunu millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib:
“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu onların emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullantılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.
Gülxar