Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva bir sıra nüfuzlu xarici media qurumlarının rəsmiləri ilə görüşüb. Lent.az xəbər verir ki, o Avstraliya yayım korporasiyasının aparıcısı Stan Qrant, "SBS World News" kanalının aparıcısı Janice Petersen, News Corporations şirkətinin rəqəmsal bölməsinin rəhbəri Nikol Şeffield, "Financial Times" qəzetinin Asiya-Sakit okean üzrə FT və baş direktoru Angela Makey ilə görüşüb. Görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və öz yurd-yuvalarına dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün dünyanın nüfuzlu media qurumlarından bu məsələyə tez-tez geniş yer verilməsini, obyektiv işıqlandırılımasını və onların səsini dünyaya daha geniş duyurulmasını gözləyir. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.
Millət vəkili nüfuzlu xarici media qurumlarının rəsmiləri ilə görüşüb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Çimərlik güləşində Azərbaycan millisi tarix yazdı
Bu gün
·
00:15
Azərbaycanlıların olduğu bazar vuruldu - Ölən və yaralananlar var
Bu gün
·
00:03
İmişli Şəkər Zavodunda yanğın oldu - VİDEO
Dünən
·
23:42
4 bürcün həyatında yeni dövr başlayır
Dünən
·
23:31
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
23:13
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi
Dünən
·
22:39
İrana hücumları bərpa etməyi düşünürəm - Tramp
Dünən
·
22:26
Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
22:20
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Dünən
·
21:48
Gəncədə qəza oldu, xəsarət alanlar var - FOTO
Dünən
·
21:33
Vətən müharibəsinin ilk şəhidlərindən biri Zamiq Əhmədov anıldı - VİDEO
Dünən
·
21:26
Türkiyə MMN Azərbaycanın şəhidlərini andı
Dünən
·
20:47
Litva millisinin baş məşqçisi təəssüfləndi
Dünən
·
20:20
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
20:12
“Tesla” robot istehsalını artırmaqda çətinlik çəkir
Dünən
·
19:20