Nikaraquada kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 154 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu rəqəm təkcə təsdiq edilmiş ölənlər sayıdır. Ölənlərin ümumi sayı arta bilər. Çünki başqa öldürülənlər və itkin düşənlər barədə məlumatlar var, lakin bu məlumatlar rəsmi deyil.

Bundan əvvəl ölənlərin sayının 146 nəfər olduğu bildirilirdi.