Danimarka millisinin baş məşqçisi Oqo Hareyde bildirib ki, Villyam Kvist üçün DÇ-2018 erkən başa çatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, dünən 1-ci turda Peruya qarşı görüşdə (1:0) futbolçunun aldığı zədə cox ciddidir. "İstisna deyil ki, onun qabırğası qırılıb" - deyə baş məşqçi təəssüflə vurğulayıb.

Yarımmümüdafiəçi Cefferson Farfanla top uğrunda mübarizə zamanı zədələnib. O, xərəkdə meydandan çıxarılıb. 35-ci dəqiqədə Kvistin yerinə meydana Lasse Şone daxil olub.

Milli.Az