Həyatının sevgisi ilə evləndiyini düşünən 40 yaşlı adam toyundan 6 gün sonra həyatının şokunu yaşayıb.
Metbuat.az xəbər verir ki, 21 yaşlı gəlin namizədi dostları ilə subaylığa vida mərasimi təşkil edib. Daha sonra təmtəraqlı bir toy məclisi ilə evləniblər. Cütlük balayı üçün Meksikanı seçib. 40 yaşlı Andy Mitchell və 21 yaşlı Meaghen Mitchell toy və balayı üçün 30 min sterlinq pul xərcləyib.
Balayından qayıtdıqdan sonra isə adam xəyal belə etmədiyi bir hadisə ilə qarşılaşıb. Gəlin toydan 6 gün sonra subaylığa vida mərasimində tanış olduğu bir adamla qaçıb.
Daha sonra Andy toy üzüyünü internetdə 400 evroya satışa çıxarıb.



