Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla
Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnasakanyan Avropa
İttifaqının Şərq Əməkdaşlığı ölkələrinin XİN rəhbərlərinin Minskdə
keçirilən qeyri-formal görüşündə bir araya gəlib.
Publika.az xəbər verir ki, Ermənistan XİN-nin sözçüsü
Tiqran Balayan Məmmədyarovla Mnasakanyanın ayaqüstü söhbətini əks
etdirən fotonu Tvitter səhifəsində paylaşıb.
Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni
XİN rəhbəri Mnasakanyanla Məmmədyarovun Qarabağ münaqişəsinin
nizama salınmasına dair birbaşa görüşü hələki olmayıb. Minskdəki
görüş isə daha çox foyedə hər iki nazirin üçüncü şəxslə söhbətinə
bənzəyir və güman ki, bu, ayaqüstü tanışlıqdır.
Asif