89 yaşlı amerikalı musiqi meneceri, Maykl və Canet Ceksonların atası Co Cekson xəstəxanaya yerləşdirilib.

Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, Cekson xəstəxanaya xərçəngin son mərhələsi (mədəaltı vəzinin xərçənginin dördüncü mərhələsi) ilə yerləşdirilib.

Qeyd olunur ki, bir müddət Cekson xəstəliklə mübarizə aparsa da, həkimlər xərçəngin sağalmaz olduğunu deyiblər.