Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ölkənin yeni baş naziri Əbiyə Əhmədi dəstəkləyən mitinq zamanı naməlum şəxs qumbara atıb, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub və bir neçə nəfər yaralanıb.

Virtualaz.org bildirir ki, bu barədə TASS xəbər verib.

Bildirilir ki, partlayış zamanı səhnədə olan Ə.Əhməd xəsarət almayıb.

Mitinqin təşkilatçısı Seyum Teşome deyib ki, sui-qəsd baş nazirə qarşı hazırlanıb: "Həmin şəxs səhnədə oturan baş naziri hədəf kimi seçmişdi, lakin kütlə ona imkan vermədi".

Onun sözlərinə görə, sui-qəsddə iştirakda şübhəli bilinən 3 nəfər - iki kişi və bir qadın həbs edilib.

Milli.Az