Efiopiyanın paytaxtı Əddis-Əbəbədə hökumətin təşkil etdiyi çoxminli mitinq zamanı partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, yeni seçilmiş Baş nazir Abiya Əhməd partlayışdan diksinərək bir müddət özünə gələ bilməyib.

Mühafizəçilərin köməyilə o, Meskel meydanından uzaqlaşdırılıb.

Hadisə nəticəsində 80 nəfərin xəsarət aldığı deyilir.